- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
İranın Sistan və Bəlucistan əyalətinin Məscid Həzrət Əbülfəzl bölgəsində ötən gecə ard-arda iki zəlzələ baş verib.
Bizim.Media “Mehr News” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı əyalətin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi yayıb.
“İlk zəlzələ Rixter cədvəli üzrə 4,8 bal gücündə saat 00:29-da, ikinci zəlzələ isə 3,7 bal gücündə və saat 01:50-də qeydə alınıb”, - deyə o qeyd edib.
Məcid Mohebbinin sözlərinə görə, zəlzələ nəticəsində dağıntı və ölüm halları olmayıb.
Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.