RU

Mbappe cari mövsüm 40-dan çox qol vuran ilk avropalı futbolçu olub

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe cari mövsüm bütün yarışlarda 40-dan çox qol vuran ilk avropalı futbolçu olub.

"Report"un məlumatına görə, 25 yaşlı oyunçu bunu İspaniyada "Barselona"ya 4:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda dubl etməklə bacarıb.

Forvard Liqa 1-də 24, Fransa Kubokunda 8, ölkə Superkubokunda 1, Çempionlar Liqasında 8 dəfə fərqlənib.

Qeyd edək ki, Mbappenin yayda İspaniya təmsilçisi "Real"a keçəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
1
Источники
Комментарий ()
Закрывать