RU

Bu futbolçuları aşağı liqalara sürükləmək futbol cinayəti olar

Son günlər ölkəmizdə Premyer Liqa klublarının əvəzedicilərinin, ümumiyyətlə, bu yarışın ləğv edilməsi mövzusu gündəmə gəlib, gətirilib, müzakirələr aparılır...

Azərbaycan futbolunda öncə kompleks yanaşma düşüncəsi önə çıxmalı/çıxarılmalı, qaldırılan bütün məsələlər dərin təhlil edilməli, doğru qərarlarla isbatlanmalıdır.

PFL yaradıldıqdan sonra, əvəzedici komandaların yaradılması, ayrıca yarışda çıxış etmələri qərarı, ölkə futbolunda ən uğurlu addımlardan, ortaya qoyulan layihələrdən biridir. 15 ildir az-çox üzə çıxan yerli bacarıqlı futbolçuların hamısı, bu yarışlardan keçərək komandaların əsas heyətlərinə cəlb olunub.

Əvəzedicilərə aid çempionatın ləğvi, aşağıdan, uşaq-gənclər futbolundan ana komandaya kimi gedən yolun, ardıcıllığının kəsilməsi, hər il 250-300 yerli gənc futbolçuya "qapı"nın göstərilməsi deməkdir.

Əvəzedicilərin yarışı - futbolçuların bacarığına uyğun, yuxarı və aşağı liqalar üçün oyunçuların hazırlıq mərhələsndə son şansdır. Bu şansdan gəncləri məhrum etmək olmaz!

Bu gün böyük ölçüdə futbolçu qıtlığının yaranma səbəblərindən biri, yaxın keçmişdə əvəzedici komandaların toplum halında birinci liqaya sürgünü, mənasız yaş limiti anlayışı, bəzi klubların, ümumiyyətlə, əvəzedici komandalarının ləğv edilməsi oldu. İtirilən 5-6 mövsüm olan-qalan gənc futbolçuları da itirdi və bitirdi.

Yetişməkdə olan futbolçular, müxtəlif parametrlərlə, tələblərlə yanaşı, əsasən iki kateqoriyaya bölünür: tez parlayanlar, sonradan üzə çıxanlar, özlərini tədricən göstərənlər. Əvəzedicilərin çempionatı, bu baxımdan əvəzolunmazdır!

Yarışlar ləğv edilməlidir, müasir tələblərə uyğun təkmilləşdirilməlidir. Ən uyğun variant, Avropa futbolunda olduğu kimi, əvəzedicilərin çempionatını U-23-ə çevirmək, yarışa U-19-la birgə diqqəti, nəzarəti artırmaq, səviyyəni, rəqabətədözümlüyü təmin etməkdir.

Klublar əvəzedicilərdən "can"larını qurtaracaqsa, gənclər üçün ayrılan ümumi vəsait, "azad" olunan milyonların böyük hissəsi, birmənalı olaraq legionerlərə, əsasən də səviyyəsiz oyunçuların alınmasına yönləndiriləcək, komandalarda futbol "biliciləri" əziyyətli yükdən yaxa qurtaracaqlar. 3-5 il öncə UEFA-dan klublara, uşaq-gənclər futbolu üçün göndərilən milyonların legionerlərə xərcləndiyi kimi...

Əvəzedici komandaların əsas məramı, ən azından 1-2, işlərin yaxşı qurulduğu halda, 3-5 istedadın əsas heyət üçün hazırlanmasıdır. Klublar bundan böyük xeyir əldə edir, legionerlərə xərclənən böyük məbləğlərə qənaət edilmiş olur. Bu amil tək klublar üçün deyil, geniş anlam daşıyır, yerli futbolçuların hazırlığını, artımını, inkişafını təmin edir, yığma komandaları qidalandırır.

Gənc, hazır olmayan, püxtələşməyənfutbolçuları 19 yaşdan dərhal sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar. Məcburi, süni yox, təbii rəqabət yaradılmalı, sonradan açılışa biləcək futbolçulara şans verilməli, ən yaxşılar Premyer Liqada qalmalı, digərləri futbolçu potensiallarına görə müxtəlif klublara, liqalara yönləndirilməlidir.

Premyer Liqa bir yana, I liqa belə səviyyəsindən asılı olmayaraq, gənclər çempionatları deyil, heç kim 20-21-22 yaşlı futbolçuları kütləvi şəkildə oynatmayacaq. Bu da yüzlərlə oyunçunun futbolla erkən vidalaşması deməkdir. Qeyd olunanlara sosial layihə düşüncəsi də əlavə edilsə, gənclərin nəinki futbolçuluq perspektivi əllərindən alınar, onların küçəyə "atılması", mənfi vərdişlərə sövq edilməsi şəraiti yaradılar.

Yarışların ləğv edilməsi yox, federasiyada, klublarda, ümumi futbol strukturlarında peşəkarlığa üstünlük verilməli, dirçəlişi təmin edəcək yeniliklər ortaya qoyulmalı, özünü doğrultmuş az sayda layihələr qorunmalı, daha üst mərhələyə çatdırılmalıdır.

Futbolçu var 17-19 yaşlarında üzdə olur, futbolçu var 21-23 yaşlarında özünü göstərməyə başlayır. Bu, bütün dünya futbolunda belədir. Gizlin istedad, bacarığıolan yerli potensial vaxtından əvvəl böyük futboldan məhrum edilməməlidir! Klublarda gənc futbolçulara yetərincə layiq olduqları şansın verilməməsi isə bir başqa bəla, ayrıca təhlil edilməli mövzudur.

Tahir Süleymanov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
293
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12539
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9331
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8757
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2538
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2202
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1968
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1849
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1664
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1247
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1085
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
783
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
549
Arda Gülər dayanmır, yenə fərqləndi -
514
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
445
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
434
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
426
Arda dubl etdi - VİDEO
413
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
403