RU

TuranBank 2024-cü ilin I rübünün nəticələrini elan edib

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2024-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

1 aprel 2024-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7.4% və ya 61 mln. manat artaraq 883.7 mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın müştərilərə verilmiş kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.5% və ya 75.7 mln. manat artaraq 635 mln. manat, biznes müştərilərinə verilmiş kreditləri isə 15.7% və ya 50 mln. manat artaraq 369.6 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 0.7% və ya 3 mln. manat artaraq 461.9 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 1.9% və ya 7.6 mln. manat artaraq 402.2 mln. manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.
Bununla yanaşı ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank III Aqrobiznesin İnkişafı Forumunda “2023-cü ildə mikrokreditləşmədə rəqabətliyin artımına ən çox töhfə verən bank” nominasiyasında mükafat qazanıb.
Hesabat dövründə TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib, həmçinin bütün satış nöqtələrinin qarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsiz küçə pişiklər üçün evciklər quraşdırılmasını və onların daim yem, su ilə təmin olunmasını həyata keçirib. Təsadüfi deyil ki, Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Bankçılıq Mükafatları – 2023” tədbirində “Korporativ sosial məsuliyyət” və “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə mükafatla təltif edilib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbukİnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank
Bizimlə etibarlıdır…

Избранный
109
15
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26803
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26388
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18136
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17272
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14429
Sabah 20 dərəcə isti olacaq
9711
May ayında Azərbaycana qar yağdı - VİDEO
8829
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8605
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8511
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8497
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7241
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7149
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6963
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6924
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6606
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6492
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6450
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6038
Azərbaycan nefti ucuzlaşıb
6001
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5872