RU

“İsrail İranı Azərbaycandan vura bilər” – Şaan Qantaaryan

Nəzəri olaraq, İsrail İranı bazaları olan Azərbaycan ərazisindən vura bilər”.

KONKRET.az xəbər verir ki, bunu Livanda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaaryan “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində deyib.

O xatırladıb ki, İsrailin 44 günlük müharibədə bilavasitə iştirakı və İsrail bazalarının İranla sərhədə yaxın yerləşdirilməsi Tehran tərəfindən sakitliklə qəbul edilə bilməzdi və bu, İranla Azərbaycan arasında münasibətlərə təsir edib.

“Azərbaycanın anti-İran müharibəsində mümkün iştirakı Azərbaycan tərəfi üçün risklərlə doludur, ona görə də Bakı bu riskləri ölçməlidir. Bu halda Azərbaycan təkbaşına qərar qəbul etməyəcək və hər şey Ankara ilə razılaşdırılacaq”, – Qantaaryan qeyd edib.

O, əlavə edib ki, Türkiyədə yerli seçkilərdən sonra Ankaranın ABŞ-dan asılılığı artıb.

“Bu o deməkdir ki, ABŞ-nin razılığı olmadan Türkiyə Azərbaycana belə icazə verə bilməyəcək. Əgər biz İranla ABŞ arasında münasibətlərin gərginliyin pik həddə olduğu bir vəziyyətdən danışırdıqsa, o zaman güman etmək olardı ki, Azərbaycana öz ərazisini İrana hücumlar üçün əlverişli etmək tapşırığı veriləcək. Amma bu gərginlik azalıb”, – Qantaaryan vurğulayıb.

Onun sözlərinə görə, bu zəifləmə hazırda Qərbin əsas rəqibi olan Rusiyanın təcrid olunması ilə bağlıdır:

“Fransa səfiri xatırladıb ki, Paris və Tehran Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və ölkələr müəyyən əməkdaşlıq haqqında danışıblar. Bu həm də İranla Qərb arasında münasibətlərin dəyişməsinin göstəricisidir. İran üçün strateji əhəmiyyətli bir fenomen var – Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa layihəsi. Bir neçə ay əvvəl İranın Ermənistanın cənubunda layihənin həyata keçirilməsi ilə bağlı əməli addımlar atmağa hazır olduğu barədə məlumatlar yayılıb.

Əgər İranla Qərb arasında razılıq olmasaydı, onun Gürcüstana təsirini nəzərə almaq şərtilə bu layihənin nəticəsi olmazdı”.

Natiq Səlim,

KONKRET.az

Избранный
206
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26018
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25618
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18107
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
15144
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14233
Sabah 20 dərəcə isti olacaq
9456
May ayında Azərbaycana qar yağdı - VİDEO
8693
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8416
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8370
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7123
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7100
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6778
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
6766
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6389
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6351
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6324
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5936
Azərbaycan nefti ucuzlaşıb
5832
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5721