RU

Kapital Bank 2024-cü ilin 1-ci rübünün maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2024-cü il tarixinə 8.8 milyard manat təşkil edib.

Bankın yaydığı press-relizdə bildirilir ki, müştərilərə verilən kreditlərin həcmi isə 4.4 milyard manat olub.

1 aprel 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.7  milyard  manat təşkil edib.

Bankın 1 aprel 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 882 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. 

Избранный
38
27
marja.az

9Источники