Almaniya millisinin və Frankfurt “Ayntraxt”ının sabiq yarımmüdafiəçisi Bernd Helsenbeyn 79 yaşında vəfat edib. Futbolpress.az xəbər verir ki, o, 14 il "Ayntraxt"ın formasını geyinib. Komanda ilə UEFA Kubokunu və 3 dəfə Almaniya Kubokunu qazanıb. Həmçinin Almaniya millisinin heyətində 40 oyun keçirib. 1974-cü ildə dünya çempionu, 1976-cı il Avropa çempionatının gümüş mükafatçısıdır. tags tags