RU

“Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir”

“Ermənistanın ordumuzun mövqelərini tez-tez atəşə tutması, sərhəddə müxtəlif təxribatlar törətməsi İrəvanın sülhdən uzaq olduğunu göstərir”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər Ermənistanın bölgədə vəziyyəti süni şəkildə gərginləşdirmək cəhdindən xəbər verir:

“Vətən müharibəsindən 4 il keçməsinə baxmayaraq, Ermənistanın hələ də Azərbaycanın sülh səylərini dəstəkləməməsi, bu yolda süni maneələr yaratması təəssüf doğuran məqamlardan biridir. Baş verənlər bir daha onu göstərir ki, Ermənistan nəinki sülh müqaviləsi bağlamaq istəmir, həm də bölgədə vəziyyəti gərginləşdirməyə cəhd edir.

Bildiyiniz kimi, mediada Ermənistanın Hindistan, İran, Fransa kimi ölkələrdən silah-sursat, hərbi texnika alması ilə bağlı məlumatlar yer almaqdadır. Hətta bəzi beynəlxalq qurumlar belə Ermənistanı silahlandırmağa hazır olduqlarını bildirirlər. Belə bir vəziyyətdə Ermənistan sərhəddə müxtəlif təxribatlara əl atmaqla bütün dünyanın, xüsusilə də ermənipərəst qüvvələrin diqqətini bölgəyə cəlb etməyə çalışır. İrəvan bununla belə bir təəssürat yaratmağa çalışır ki, guya Azərbaycan hər an bölgədə yeni hərbi əməliyyatlara başlaya bilər və Ermənistanın müdafiə olunmağa, hərbi yardımlara həqiqətən ehtiyacı var. Halbuki, Ermənistana heç bir dövlətin, o cümlədən Azərbaycanın təhlükə yaratmadığı, təhdid etmədiyi göz önündədir. Bölgə üçün yeganə təhlükə elə Ermənistanın özüdür”.

Polkovnik qeyd edib ki, beynəlxalq təşkilatlar, qlobal güclər Ermənistanı təxribatlardan çəkindirməli, regionda gərginliyi artırmaq səylərindən imtina etməlidir:

“Ermənistanın təxribatçılıq cəhdləri, yeni qarşıdurma səyləri bütün dünyanın gözləri qarşısında baş verir. Hansı ki, regionda yeni bir qarşıdurma bütün bölgə üçün yaxşı heç nə vəd etmir. Bu baxımdan beynəlxalq təşkilatlar, iri güclər Ermənistanı təxribatlardan çəkindirməli, yeni bir qarşıdurmanın region üçün ciddi fəsadlara səbəb olacağını dərk etməlidir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatlardan imtina etməli, Azərbayacnın sülh səylərini dəstəkləməlidir. İrəvan anlamalıdır ki, yeni hərbi qarşıdurmanın nəticələri Ermənistan üçün Vətən müharibəsindən daha ağır və dağıdıcı olacaq”.

AYTAC

Избранный
43
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28077
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27017
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19659
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18184
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14734
Sabah 20 dərəcə isti olacaq
10069
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9994
May ayında Azərbaycana qar yağdı - VİDEO
8991
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8791
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8582
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8184
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7479
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7200
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7122
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6759
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6634
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6579
Azərbaycan nefti ucuzlaşıb
6228
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6217