- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Azərbaycanda sığorta sektorunda rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə oxşar sistemin yaradılması üçün Türkiyə Sığorta Bilgi Mərkəzi ilə danışıqlar aparılır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan İnsurtech Zirvəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
“Ümid edirik ki, qısa zamanda bu layihəyə start veriləcək”- Taleh Kazımov qeyd edib.
O əlavə edib ki, Sığorta Bilgi Mərkəzi Türkiyədə ilk “insurtech” layihəsidir. Bu mərkəz Türkiyə sığorta bazarının inkişafında, müştəriyönümlü fəaliyyət göstərməsində, risklərin daha optimal idarə edilməsində daha da mühüm rol oynayır.