RU

Oğuzda inşasına başlanılan su anbarından kimlər faydalana biləcək? – FOTO 

Bu anbar vasitəsi ilə Oğuz və Şəkinin 30-a yaxın yaşayış məntəqəsində yaşayan sakinlərin içməli su təminatı yaxşılaşdırılacaq, eyni zamanda yüz min hektarlarla əkin sahələri suvarılacaq.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkə başçısının sərəncamı ilə ötən ilin dekabr ayından Oğuz rayon ərazisindən axan Əlicançay vadisində yeni su anbarının inşaat işlərinə start verilib. 

Ümumi su tutumu 108 milyon kubmetr, faydalı həcmi isə 100 milyon kubmetr olacaq Əlicançay su anbarı vasitəsilə təkcə Şəki rayonunun 13 inzibati ərazisində 33 min hektara yaxın sahənin suvarılması və içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı Oğuz rayonunun 16 yaşayış məntəqəsi də yeni inşa olunacaq su anbarı vasitəsi ilə fasiləsiz su ilə təmin olunacaq.    

Melorasiya və su qurğularının idarə edilməsi üzrə mütəxəssis Eyvaz Mirzəyevin sözlərinə görə, ərazi strateji baxımdan olduqca əlverişli bir məkandır. Belə ki, mənbəyini Böyük Qafqaz dağlarından götürən Əlicançayla yanaşı, Xalxal, Oğuz, Daşağıl çayları eləcə də yeraltı sular və kanallar vasitəsi ilə axaraq bu ərazidə cəmlənir. 

Layihənin digər üstünlüyü ondan ibarətdir ki, bu su anbarından bölgədə yanğınların söndürülməsində səmərəli şəkildə istifadə olunacaq.

Belə ki, əvvəlki illər bölgənin dağlıq və dağətəyi ərazilərində, meşələrdə yanğın baş verərkən helikopter və təyyarələr daha çox Mingəçevir su anbarından istifadə edirdisə, bundan sonra yeni su anbarı bu vəzifənin öhdəsindən gələ biləcək. 
Mütəxəssis bildirir ki, Böyük Qafqazın cənub yamacları boyunca uzanan Qəbələdən Balakənə kimi irili xırdalı 20 -ə yaxın bol sulu dağ çayları axır ki, gələcəkdə onların da qarşısında bir neçə yerdə belə su anbarları inşa etməklə, nəinki Şəki-Zaqatala iqtisadi rayonlarında, eləcə də Oğuz-Qəbələ su kəmərinə su verməklə paytaxt əhalisinin də su təminatı yaxşılaşdırıla bilər. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Избранный
28
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26185
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26119
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18115
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16081
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14337
Sabah 20 dərəcə isti olacaq
9562
May ayında Azərbaycana qar yağdı - VİDEO
8725
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8508
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8448
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7705
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7164
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7126
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6960
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6818
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6474
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6416
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6364
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5983
Azərbaycan nefti ucuzlaşıb
5879
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5792