RU

UNEC doktoranturaya və dissertanturaya qəbul elan edir - FOTO

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

"Unikal" xəbər verir ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Elmlər doktoru proqramı üzrə isə seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertanturaya qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri olan, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər. Dissertanturada hazırlıq UNEC-də işləməyən şəxslər üçün ödənişlidir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2024-cü ilin iyun ayında “Xarici dil” fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər. “Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda “məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın 2, 3 və 4 sentyabr 2024-cü il tarixlərində,  “İxtisas” fənnindən imtahanın isə  9, 10 və 11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Doktorantura və ya dissertanturaya sənədlərin təqdim olunması 16 aprel - 15 may 2024-cü il tarixlərində www.portal.edu.az platforması üzərindən aparılacaqdır. Sənədlər elektron formada (pdf) yüklənməlidir.

Qəbulla bağlı ətraflı məlumatı news.unec.edu.az saytının elanlar bölməsindən və ya UNEC-in  Doktorantura şöbəsinə müraciət edərək öyrənmək olar.

Избранный
213
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28136
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27028
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19746
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18185
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14746
Sabah 20 dərəcə isti olacaq
10093
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10063
May ayında Azərbaycana qar yağdı - VİDEO
9004
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8801
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8583
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8326
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7480
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7208
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7126
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6761
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6638
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6587
Azərbaycan nefti ucuzlaşıb
6242
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6226