Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Offsideplus.az xəbər verir ki, ilk gündə 2 cavab görüşü keçiriləcək.
“Barselona” ilk oyunda qalib gəldiyi PSJ ilə bu dəfə evdə qarşılaşacaq. Digər matçda Dortmund “Borussiya”sı “Atletiko” ilə üz-üzə gələcək. İlk görüşdə Madrid təmsilçisi qələbə qazanıb.
Çempionlar Liqası, 1/4 final (cavab oyunları)
23:00. "Barselona" (İspaniya) – PSJ (Fransa)
Hakimlər: İstvan Kovaç, Vasile Florin Marinesku, Mihai Ovidiu Artene, Horațiu Mirsea Feșniç (hamısı Rumıniya).
İlk oyun – 3:2.
23:00. "Borussiya" (Dortmund, Almaniya) – "Atletiko" (İspaniya)
Hakimlər: Slavko Vinçiç, Tomaz Klançnik, Andraz Kovaçiç, Matey Yug (hamısı Sloveniya).
İlk oyun – 1:2.
Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu sabah keçiriləcək.