2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan malların 63,5 faizini avtomobillər təşkil edib.
Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Məlumata görə, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında minik avtomobillərinin idxalı 7,1 faiz, avtobusların idxalı 17,2 faiz azalıb.
2024-cü ilin yanvar-fevral aylarında ölkəyə 12023 ədəd minik avtomobili, 1185 ədəd yük avtomobili, 24 ədəd avtobus idxal olunub.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта