RU

Qocalmamaq üçün milyonlar xərcləyir - Son nəticə təəccübləndirdi

Biohaker kimi tanınan, 46 yaşlı Brayen Conson 2018-ci ildən bəri nə qədər dəyişdiyini göstərən fotolar yayımlayaraq hər kəsi şoka salıb.

Publika.az xəbər verir ki, qocalmamaq üçün maraqlı üsullara əl atan və bununla da tez-tez dünya mətbuatında yer alan kaliforniyalı texnologiya maqnatı zəhmətinin bəhrəsini aldığını açıqlayıb.

O, 2018, 2023 və 2024-cü illərə aid üç fotosunu yan-yana paylaşaraq, "Hətta Face ID-nin də fikri qarışdı" deyə yazıb.

Gənc görünmək üçün ildə təxminən 2 milyon dollar xərcləyən Conson nəhayət beş yaş cavanlaşdığını iddia edir. Lakin hamı Consonla eyni fikirdə deyil. Onun sosial şəbəkədəki paylaşımına gələn şərhlərdə məşhur sahibkarın əvvəlkindən də xeyli yaşlı göründüyü bildirilir. “X”də istifadəçilər "2018-ci ildə daha cavan görünməyiniz qəribədir", “indi 55 yaşında görünürsən” tərzində şərhlər yazıblar. Ancaq buna baxmayaraq, texnologiya kralı cavanlaşmaq üçün istifadə etdiyi üsullardan əl çəkməyi düşünümr.

Daha öncə də Conson 17 yaşlı oğlu ilə qan mübadiləsinə görə sərt tənqid hədəfinə çevrilmişdi. O, artıq anonim donordan plazma qəbul edir.

Conson qidalanma və yuxu rejiminə də sərt nəzarət edir. Bunun üçün ona 30 həkim və sağlamlıq ekspertlərindən ibarət bir qrup kömək edir.

Conson daha çox yatmaq üçün ən yaxşı 10 məsləhətini də açıqlayıb. O, axşam yeməyini erkən yeməyin və ideal temperaturda dincəlməyin yuxusuna necə kömək etdiyini izah edib. Conson, istirahətin onun üçün prioritet olduğunu diqqətə çatdırıb. O, ikinci addım olaraq müntəzəm yuxu vaxtına malik olmağın vacibliyini vurğulayıb.

“Çünki bədəninizə hər gün hansı saatda yatdığınızı söyləyirsiniz”, - biohaker deyib.

Избранный
156
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27305
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26597
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18256
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18154
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14548
Sabah 20 dərəcə isti olacaq
9839
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9126
May ayında Azərbaycana qar yağdı - VİDEO
8922
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8695
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8525
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7334
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7164
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7024
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6658
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6557
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6508
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
6362
Azərbaycan nefti ucuzlaşıb
6132
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6093