RU

Cüdoçularıməz Avropa Kubokunda birinci yeri tutdular

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Bizim.Media  xəbər verir ki, idmançılar turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutublar.

Yarışın ikinci günündə oğlanlar arasında 73 kiloqram, 81 kiloqram və +90 kiloqram çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb. Cəsur İbadlı (73 kiloqram) gümüş medal əldə edib. Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kiloqram) isə bürünc medal qazanıb. Sübhan Axundov (+90 kiloqram) 5-ci yerdə qərarlaşıb.

Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda da 1 qızıl və 1 gümüş medal əldə ediblər. Yığma medal əyarına görə ümumi hesabda 7-ci yeri, qızlar arasında isə 3-cü yeri tutub. Fəridə Mirzəyeva qızıl, Könül Əliyeva isə (hər ikisi 48 kiloqram) gümüş mükafatın sahibi olub.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
157
8
Источники
Комментарий ()
Закрывать