AZ

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Bakı. Trend:

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilənyeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə 1 qızıl, 1gümüş və 1 bürünc medal əldə edib.

Trend-inməlumatına görə, idmançılar turnirdə 4 qızıl, 3 gümüş və 3 bürüncmedal qazanaraq medal əyarına görə ümumi hesabda və oğlanlararasında 1-ci yeri tutublar.

Yarışın ikinci günündə oğlanlar arasında 73 kiloqram, 81kiloqram və +90 kiloqram çəki dərəcələrində 4 cüdoçumuz tatamiyəçıxıb. Cəsur İbadlı (73 kiloqram) gümüş medal əldə edib. ƏliQazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kiloqram) isəbürünc medal qazanıb. Sübhan Axundov (+90 kiloqram) 5-ci yerdəqərarlaşıb.

Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində keçiriləngənclər arasında Avropa Kubokunda da 1 qızıl və 1 gümüş medal əldəediblər. Yığma medal əyarına görə ümumi hesabda 7-ci yeri, qızlararasında isə 3-cü yeri tutub. Fəridə Mirzəyeva qızıl, Könül Əliyevaisə (hər ikisi 48 kiloqram) gümüş mükafatın sahibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
12
Mənbələr
Şərh ()
Bağla