RU

DİQQƏT: Bu sahibkarlar ölçmə vasitələrinin tipi barədə sertifikatı təqdim etməlidirlər

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkəyə sənaye məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edir.

Dövlət Xidmətindən Yenicag.az-a bildirilib ki, standart nümunələrin və ölçmə vasitələrinin (cihaz, qurğu və avadanlıqların) idxalı ilə məşğul olan sahibkarlıq subyektləri ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipini təsdiq etdirməlidirlər.

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nın 2.15-ci bəndinə əsasən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat idxal zamanı gömrük orqanlarına təqdim olunmalıdır.

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Qeyd edək ki, standart nümunələrin və ya ölçmə vasitələrinin tipi 5 il müddətinə verilən sertifikatla təsdiqlənir. Keçirilən sınaqların müsbət nəticələri əsasında tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar müvafiq Dövlət reyestrinə daxil edilir. Qeyd edək ki, operativliyin, şəffaflıq və əlçatanlığın təmin edilməsi məqsədilə Dövlət reyestri daimi yenilənir və ictimaiyyətə açıqdır. Hüquqi və fiziki şəxslər hər hansı standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilib-edilməməsi barədə məlumatları Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun rəsmi internet saytının (http://metrology.az) “Dövlət reyestri” bölməsindən əldə edə bilərlər”, – deyə məlumatda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
8
Источники
Комментарий ()
Закрывать

Рейтинг

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6573
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6448
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1184
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
972
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
964
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
963
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
958
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
564
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
353
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
291
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
193
Arda Gülər dayanmır, yenə fərqləndi -
176
Arda dubl etdi - VİDEO
156
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
156
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
140
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
112