AZ

201 ölçmə vasitəsinin tipi təsdiq edilib

2024-cü ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 201 ölçmə vasitəsinin tipi təsdiq edilib. Dövlət Xidmətinin məlumatına əsasən, tipi təsdiq edilmiş ölçmə vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfəyədək artıb.

Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələrinin əldə edilməsinə xidmət edir.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla