RU

Zabit Nəbizadə efirləri TƏNQİD ETDİ: “Buna görə bayağılıq gündəmdədir” - VİDEO

“Nə qədər fonoqram var o bayağı müğənnilər və bayağı musiqilər gündəmdən çıxmayacaq” 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib. 

Sənətkar bayağılığın populyarlaşmasında efirlərin ifaçılardan canlı oxumalarını deyil, fonoqrama üstünlük verməsində görüb: 

“Əgər efirlərimizin hamısında canlı ifalar olsa, o bayağı müğənnilər həmin bayağı mahnılarını oxuya bilməcəyəklər. “Filankəsi niyə efirə buraxmısınız” deyib, özümü pis etmək istəmirəm.

Bayağı ifaçıları sosial şəbəkədə görüb efirlərə dəvət edirlər. Onlar gəlsinlər görüm canlı oxuya biləcəklər!?” 
 

Rəşad Əliyev, Bizim.Media
 
Избранный
465
8
bizim.media

10Источники