![Premyer](https://azertag.az/files/2024/1/1200x630/17117221705814520511_1200x630.jpg)
Bakı, 29 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start verilib.
AZƏRTAC xəbər verir ki, XXVIII turun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəliblər. Qəbələ şəhər stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Kilan Lebon vurub.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran Bakı klubu ikinci pilləyə yüksəlib. “Qırmızı-qaralar” isə 16 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.
Günün digər oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi bu matçda uduzmasa, sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək.
Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.