RU

Azərbaycanda ipotekaya xitam verilən hallar genişləndirilir

Azərbaycanda ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İpoteka haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklə ipotekaya xitam verilən hallar genişlənir.

Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:

– ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

– əsas öhdəliyə xitam verildikdə;

– tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

– ipoteka predmeti məhv olduqda;

– bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

Qeyd edək ki, ötən il Azərbaycanda verilən ipoteka kreditlərinin sayında 1.8% artım qeydə alınıb. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 5.6 min ipoteka krediti verib ki, bunun da 3.9 mini adi, 1.7 mini isə güzəştli ipoteka krediti olub.

Избранный
125
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15453
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15314
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15143
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12865
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11494
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9205
"Zaur, yenə çaşdın..." - VİDEO
7747
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5892
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5493
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4752
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4661
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4282
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4120
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3922
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3172
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3146
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2906
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2904
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2751