RU

Azərbaycanda «yaşıl» layihələr üçün - GÜZƏŞTLİ KREDİTLƏRİN VERİLMƏSİNƏ BAŞLANILIR -  MÜSAHİBƏ, DETALLAR

Xəbər verildiyi kimi, 2024-cü il Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan edilib. Bununla əlaqədar olaraq ölkədə ekologiya, ətraf mühit və «yaşıl» layihələrə maraq daha da artıb. «Yaşıl dünya naminə həmrəylik ili» ölkə biznesinin də diqqətindədir.

Banklar sahibkarlara “yaşıl kredit”lər - TƏKLİF EDİRLƏR

FED.az xəbər verir ki, bu sahədə sahibkarları və onların təşəbbüslərini dəstəkləmək üçün daha bir yenilik - «yaşıl» layihələrə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kreditlərin ayrılmasına başlanmasıdır.

FED.az Sahibkarlığın İnkişafı Fondunun «yaşıl» layihələrə dəstəyi və bu prosesin detalları ilə bağlı Fondun İdarə Heyətinin sədri Eldar Həmidovun müsahibəsini təqdim edir.

- Eldar müəllim, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi üzrə 2024-cü il üçün prioritet istiqamətləri müəyyənləşib. Bu istiqamətlərdə “yaşıl layihələr” də yer alıb. Belə layihələr üzrə sahibkarlar hansı güzəştlərdən yararlana bilərlər?

- Sahibkarlığın İnkişafı Fondunun (SİF) Müşahidə Şurası tərəfindən hər il güzəştli kredit mexanizmi üzrə maliyyələşdiriləcək prioritet istiqamətlər müəyyənləşdirilir. Bu qərarda Fondun məqsədləri ilə yanaşı, əvvəlki iqtisadi nailiyyətlər, maliyyə göstəriciləri və dövlətin sosial-iqtisadi inkişaf proqramlarının icrası ilə bağlı tələblər nəzərə alınır.

İqlim dəyişikliyi və onun fəsadları ilə bağlı artan qlobal narahatlıqlar bu ilin yanvar ayında Ümumdünya İqtisadi Forumunda (Davos Forumu) verilən məlumatlarda əks olundu. Belə ki, növbəti onillik üçün ən başlıca risk kimi iqlim dəyişikliyinin davamlı olaraq təhlükə mənbəyi olması göstərilir. Bu riskin azaldılmasında sahibkarların təşəbbüslərinə ehtiyac var. SİF sahibkarların belə biznes təşəbbüslərini güzəştli kredit mexanizmi ilə dəstəkləyir. Qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında icra olunacaq “yaşıl layihələr” üzrə sahibkarların şəxsi kapital qoyuluşlarına qoyulan tələb 50%-dən 30%-ə endirilib, banklarla birgə maliyyələşdirmə öhdəliyi isə ləğv edilib.

Ümumilikdə, Fond yaşıl layihələr üçün 5% dərəcəsi ilə, 10 milyon manatadək, 10 il müddətinə qədər güzəştli kreditlər təklif edir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyən, o cümlədən yaşıl layihə təşəbbüsü olan  sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri 5 milyon manatadək biznes kreditləri Fond tərəfindən 90%-dək dövlət zəmanəti ilə təmin edilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.

- “Yaşıl layihələr” hansı göstəricilərlə fərqlənirlər?

- “Yaşıl layihələr” ənənəvi enerji mənbələrindən əldə edilən enerjinin günəş, külək, hidro və geotermal sular kimi bərpa olunan alternativlərdən əldə olunan enerjiyə keçidi asanlaşdıran, beləliklə də mazut, təbii qaz və kömür kimi yanacaqlardan asılılığın qarşısını almağa cəhd edən investisiya layihələridir. Bildiyiniz kimi, iqlim dəyişikliyinə əsas səbəb ənənəvi enerji mənbələrindən əldə olunan yanacağın istehlakı və müxtəlif nəqliyyat növlərindən istifadə nəticəsində atmosferə buraxılan karbon qazı emissiyasıdır. Yaşıl enerji istehsalına və daşınmasına keçid, təhlükəli tullantıların səmərəli idarə edilməsi, təkrar emal müəssisələrinin yaradılması və elektrik nəqliyyat növləri üçün enerji doldurma infrastrukturunun yaradılması isə əhəmiyyətli maliyyə vəsaitləri tələb edir. Fond bu səbəbdən belə təşəbbüsləri dəstəkləməyə çalışır. Bunun üçün banklar və sahibkarlarla sıx əməkdaşlıq edir.

Ölkəmizin unikal ekoloji imkanları “yaşıl layihələr”in həyata keçirilməsi üçün şərait yaradır. Azərbaycan öz coğrafi mövqeyinə və iqliminə görə bərpa olunan enerji, xüsusilə günəş və külək enerjisi üçün əhəmiyyətli potensiala malikdir. Azərbaycanın müəyyən bölgələrində su qıtlığı problemlərini həll etmək üçün suyun mühafizəsi və davamlı su idarəetmə layihələri maraq cəlb etməlidir.

- “Yaşıl layihələr” üzərində düşünən sahibkarlar effektiv investisiyaları təmin etmək üçün hansı yanaşmalara üstünlük verməlidirlər?

- Hər hansı bir sərmayə qoymazdan əvvəl, sahibkarlar ideyaları konkret planlara çevirməli və layihələrini hərtərəfli konseptuallaşdırmalıdırlar. Müxtəlif risklər diqqətlə qiymətləndirilməli, çətinliklər və imkanlar müəyyən edilməli, gəlirlilik göstəriciləri ölçülməlidir. Bunların hamısı biznes planında hərtərəfli təsvir edilməlidir. Geniş bazar araşdırmasının aparılması, hədəfin ekoloji tələblərinin başa düşülməsi və layihənin ekoloji və maliyyə dayanıqlığının təmin edilməsi yaşıl layihələrə başlayan sahibkarlar üçün zəruridir. Ətraf mühitlə bağlı təşkilatlarla, eləcə də ekspertlərlə əməkdaşlıq da layihənin təsirini və uğurunu artıra bilər.

Biznes planı yekunlaşdıqdan sonra sahibkarlar şəxsi kapitalın idarəedilməsi və kənar investisiyaların cəlb edilməsi strategiyasını tərtib etməlidirlər. Uzunmüddətli borc tələb edən “yaşıl layihələr”lə bağlı istiqrazların buraxılması və bank kreditləri nəzərdən keçirilə bilər. Fondun kreditləri aşağı faizlə uzun müddətə verildiyi və güzəşt müddəti tətbiq olunduğu üçün digər biznes kreditlərinə nisbətən daha səmərəlidir. Bu isə güzəştli kredit mexanizmini bütün sahibkarlar üçün faydalı edir.

“Yaşıl layihələr”in daha uzun özünüödəmə müddətləri olduğu düşünülsə də, hər bir layihənin ayrı-ayrılıqda qiymətləndirilməsi vacibdir. Bundan əlavə, davamlılığa artan qlobal diqqətin uzunmüddətli perspektivdə “yaşıl layihələr” üçün imkanların və əlverişli iqtisadi şəraitin artmasına səbəb olması gözlənilir.

- Bu ilin yanvar ayında Fond Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşuldu. Bu əməkdaşlığın əsas məqsədi nədir?

- Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi (UNGC) beynəlxalq davamlılıq prinsiplərinin qəbulunu və BMT məqsədlərinin irəliləyişini müdafiə edən könüllü təşəbbüsdür. 2000-ci ildə etibarən Sazişə üzv olan şirkətlər öz strategiyalarını və əməliyyatlarını insan hüquqları, əmək standartları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə tədbirlərini əhatə edən universal prinsiplərə uyğunlaşdırmağa çalışır. Bizneslər, hökumətlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq platforması kimi xidmət edən Qlobal Saziş davamlı tərəfdaşlıqları təşviq edir. Təşkilata qoşulmaqla Fond öz strategiyalarını və əməliyyatlarını beynəlxalq prinsiplərə uyğunlaşdırmaq, tərəfdaşlar və maraqlı tərəflər arasında nüfuzunu artırmaq, eyni zamanda korporativ idarəetmə təcrübələrini inkişaf etdirmək üçün fəaliyyət planı hazırlamağa başlamışdır. Fond bütün maraqlı tərəflər üçün beynəlxalq prinsiplərin inteqrasiyasını asanlaşdırmağa töhfə verməyi hədəfləyir.

- Fond tərəfindəн bu istiqamətdə hansı işlər görülür?

- 2023-cü ildə Fond daxilində müxtəlif şöbələrin əməkdaşlarından ibarət “Yaşıl komanda” fəaliyyətə başlayıb. Komandanın əsas məqsədi Fondun ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə uyğun gələn təkliflərin hazırlanmasını təmin etməkdir. Ötən müddət ərzində komandanın təklifi ilə çoxsaylı ətraf mühit, sosial və korporativ idarəetmə təşəbbüsləri həyata keçirilib. Bu məqsədlə enerji xərclərinin azaldılması, iş mühitinin optimallaşdırılması və əmək məhsuldarlığının artırılmasına yönəlmiş təşəbbüslər reallaşdırılıb. Bundan əlavə, Fondun ətraf mühitə təsirini azaltmaq üçün kağız tullantılarının idarə edilməsi, batareyaların toplanması və utilizasiyası, həmçinin ağacəkmə tədbirləri təşkil edilib.

Избранный
108
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18828
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18439
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17967
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17224
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15730
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15121
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14980
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
14915
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11420
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11072
"Zaur, yenə çaşdın..." - VİDEO
8699
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7747
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7089
Minimum əmək haqqı nə qədər arta bilər?
6911
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6804
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6638
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5776
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5575
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5123