RU

Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında qərarda əksini tapıb.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.

Bu qərar taksi fəaliyyəti ilə məşğul olan və 15 ildən artıq müddəti keçən avtomobil nəqliyyatı vasitələrinin qiymətinə necə təsir edəcək?

Yeni qərardan sonra elan saytlarında “Prius”ların satış elanları kəskin artıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elnur Sərdarlı taksi fəaliyyəti ilə məşğul olanların, əsasən, “Toyota Prius” markalı avtomobillərdən istifadə etdiyini bildirib.

“Yeni qərardan sonra elan saytlarında “Prius”ların satış elanları kəskin artıb. Dünən elan saytlarında 443 “Prius” markalı avtomobil satışa çıxarılmışdısa, artıq bu saata olan məlumata görə, avtomobillərin sayı 1200-dür. Satışa çıxarılan “Prius”ların 95%-i 2008-ci ilə qədər olan avtomobillərdir.

Ümumiyyətlə, taksi fəaliyyətində istifadə edilən “Prius”ların 60%-nin buraxılış tarixindən 15 ildən artıq vaxt keçib. Bu da təqribən 30 min avtomobil edir. Hazırda dünənə qədər 12,500 manata satılan “Prius”ları 10500-10000 manata almaq olur. Qiymətlərin daha da ucuzlaşması gözlənilir”, – deyə o qeyd edib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə bildirib ki, buraxılış tarixindən 15 ildən artıq müddəti keçən “Prius”ların qiyməti ucuzlaşa bilər:

“Lakin bu avtomobillərin qiymətinin kəskin ucuzlaşacağını düşünmürəm. Bir zamanlar bu markalı avtomobillər ölkəmizə çox daşınıb. Onların içində yararlı və yararsız avtomobillər də olub. Əgər taksilərin sayı kəskin azalacaqsa, bu zaman fərdi nəqliyyat vasitələrindən istifadə də artacaq. Bundan başqa, ictimai nəqliyyatın avtobus, metro seqmenti gücləndirilməsə paytaxtımız avtomobilləməyə meyilli olacaq. Belə də yenə nəqliyyat vasitələrinə tələbat artacaq. Bir reallığı da nəzərə almaq lazımdır ki hər adam yeni avtomobil ala bilmir”.

Ekspert bildirib ki, taksilərlə bağlı tələblər bu il yanvar ayının 1-dən elan edilməli idi:

“Dövlət sosialyönümlü siyasətini davam etdirərək, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə bir qədər möhlət verdi. Düşünürəm, bu doğru addımdır. Taksidə peşəkar adamlar çalışmalıdır”.

Избранный
55
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27936
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26960
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19400
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18181
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14709
Sabah 20 dərəcə isti olacaq
10039
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9833
May ayında Azərbaycana qar yağdı - VİDEO
8979
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8774
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8582
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7888
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7463
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7196
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7100
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6699
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6607
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6566
Azərbaycan nefti ucuzlaşıb
6198
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6187