RU

Vətən müharibəsinin iştirakçısına qarşı dələduzluq edilib — TƏFƏRRÜAT

Quba rayonunda 2-ci Qarabağ müharibəsinin iştirakçısı İlkin adlı şəxsə qarşı dələduzluq edilib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Quba rayon sakini, 1975-ci il təvəllüdlü Rasim adlı şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti olmadığı halda ona 2-ci Qarabağ müharibəsi iştirakçısı olaraq imtiyazlı avtomobil verilməsində köməklik göstərəcəyi barədə yalandan vəd verib . 

O, bu işi həl etmək üçün İlkindən 2500 manat istəyib. Aralarında əldə edilmiş razılaşmaya əsasən, onlar görüşərək 11 oktyabr 2022-ci ildə, Quba regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində notarial qaydada bağlanmış kredit müqaviləsi əsasında İlkindən borc verən qismində 2500 manat alıb. 

Hadisəni törədən Rasimin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və 2022-ci ilin sentyabr ayında tanışı Zeynal Məmmədov 2-ci Qarabağ müharibəsində döyüş yoldaşı olmuş tanışı İlkinin əlil avtomobili almasına köməkliyə ehtiyacı olmasını bildirib və həmin vaxt pula ehtiyacı olduğundan yalandan Zeynala müəyyən pul qarşılığında köməklik edə biləcəyini bildirib: “Zeynaldan İlkinin mobil nömrəsini götürdüm, zəng edərək tanışlıq verdim və əlillik avtomobili verilməsi üçün 2500 manat pul lazım olduğunu bildirdim. İlkin 2500 manat pulu Quba şəhəri “Asan Xidmət Mərkəzi”ndə notarial qaydada rəsmiləşdirməklə verəcəyini bildirdi. Mən də onunla razılaşdı. 11 oktyabr 2022-ci ildə tanışım Rauf Hümbətovla birlikdə Quba şəhərində yerləşən “Asan Xidmət Mərkəzi”nin qarşısına gəldik. İlkin həmin mərkəzin qarşısında yerləşən banka 2500 manat yerləşdirdim. Mən də 2500 manat pulu elə həmin vaxt bankdan götürdüm. İlkindən 2500 manat müqabilində ona 2023-cü ilin yanvar ayına kimi qaziləri üçün nəzərdə tutulmuş “Xəzər Azsamant” markalı avtomobil verilməsində kömək edəcəyimə söz verdim. İlkini inandırmaq üçün ondan pulu alandan sonra şəxsiyyət vəsiqəsinin, 2-ci qrup əlil olmasını təsdiq edən sənədin və avtomobil almaq üçün əvvəllər etdiyi müraciət üzrə dövlət orqanından alınmış rədd cavabının rəsmi sənədlər əsasında surətlərini götürdüm. Həmin işin icra olunması üçün bir dəfə fərdi vəkil vasitəsilə ərizə yazdıraraq poçtla Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyinə göndərdim ki, İlkin hərəkətsiz olduğumu görüb şübhələnməsin və işinin həll olunacağına ümid etsin. Həmin 2500 manat pulla öz maddi ehtiyaclarımı qarşıladım”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən İlkinin sözlərinə görə, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və döyüşlərdə sol qolunun dirsək nahiyyəsindən aşağı hissəsini itirərək 2-ci qrup əlil olub: “2023-cü ilin yanvar ayından Qusar rayonu, Qənərçay kənd tam orta məktəbində hərbi müəllim vəzifəsində işləyirəm. 2022-ci ilin sentyabr ayında tanışım Zeynal Rasim adlı şəxsin mənə əlillik avtomobili verilməsində kömək edə biləcəyini dedi. Oktyabr ayında İlkin mənə zəng edərək, Qarabağ əlilliyi ilə bağlı olaraq avtomobil verilməsində köməklik edə biləcəyini bildirdi. Rasim iş üçün 2500 manat pul verməli olduğumu da bildirdi. Mən öz valideynlərim ilə razılaşaraq həmin pulu verə biləcəyimi bildirdim”. 

Zərərçəkmiş qeyd edib ki, 11 oktyabr 2022-ci ildə Quba şəhərində yerləşən “Asan xidmət” mərkəzində Rasim və onun tanışı Raufla görüşüb: “Həmin vaxt “Asan xidmət” mərkəzində 2500 manat məbləğində pulun Rasimə verilməsi ilə əlaqədar müqavilə bağladıq. Sonra həmin məbləğdə pulu bank vasitəsilə Rasimə verdim. Rasim söz verdi ki, 2023-cü ilin yanvar ayının 1-də mənə əlilliklə bağlı “Xəzər” markalı avtomobil veriləcək. Bundan sonra Rasim məndən şəxsiyyət vəsiqəsinin və əlilliyini təsdiq edən sənədlərin surətlərini götürdü. 2023-cü ilin yanvar ayında dəfələrlə Rasimə zəng etdim, onunla əlaqə yaratmağa çalışsam da, zənglərimə cavab vermədim. Sonra onun tərəfindən aldadıldığımı başa düşdüm, onun barəsində şikayət etdim”. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, barəsində şikayət etməməsini nəzərə alıb. Bu səbəbdən Rasimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
66
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3499
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3469
Bu yol qovşağında təmir işləri aparılacaq
2927
Bakıda hoteldə yanğın başlayıb
2557
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1567
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1507
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1480
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1335
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1161
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1142
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1056
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
984
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
978
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
861
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
841
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
830
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
824
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
807
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
785
Sabah 5 kəndin qazı kəsiləcək
749