- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Rusiya Baş Qərargahı xüsusi hərbi əməliyyata yaz əsgərlərini göndərməyəcəyinə söz verib.
Herbiand.az xəbər verir ki, bu barədə İnterfaks agentliyi Rusiya Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi general-polkovnik Yevgeni Burdinski ilə müsahibəyə istinadən xəbər verir.
“Xidmətə çağırılan vətəndaşlar xüsusi hərbi əməliyyata cəlb olunmayacaqlar”, - Burdinski bildirib.
O, qeyd edib ki, hərbi xidmətə çağırış müddəti dəyişməz qalıb və 1 il olacaq.
Rusiyada yaz çağırışı aprelin 1-dən iyulun 15-dək davam edəcək. Aprelin 15-dən isə yeni əsgərlər qoşunlara yola salınacaqlar.
Bəxtiyar CƏFƏRLİ