Bir müddət itkin düşən qadının meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi döngə 1-də meyit tapılıb. Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları adı çəkilən ünvanda istintaq aparır. Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma davam etdirilir.