RU

ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq

ABŞ-ın

Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü planlaşdırılır. Görüşün Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəyi ehtimal olunur.

Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu bildirib. Rəsmi İrəvan isə görüşün “üçüncü tərəfə qarşı olmadığını” deyib.

ABŞ, Ermənistan və Avropa Birliyi görüşün Azərbaycana qarşı yönəlmədiyini desə də, bu, Bakının narahatlığını aradan qaldırmır. Ümumiyyətlə, Vaşinqton və Brüssel başa düşməlidir ki, bu günə qədər etdikləri Bakı nəzərində onların etibarını sarsıdıb. Misal üçün, 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Bu məqsədlə son 3 il ərzində “Ermənilərin humanitar fəlakəti” bəhanəsi ilə Azərbaycan və şəxsən prezident İ. Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Bundan başqa, Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarını gücləndirirdilər. Bütün bunlar nəticəsiz qaldığından indi açıq şəkildə hərbi planlar qurulur.

Məsələ ondadır ki, Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında keçiriləcək görüş hərbi paktın əldə edilmə riski daşıyır. Bu məqam və ümumilikdə risk faktoru Bakının maraqlarına ziddir.

Azərbaycan tərəfi dəfələrlə Avropa Birliyinin, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Rəsmi Bakı Ermənistan ilə sülh danışıqlarının davam etməsi üçün etimad mühitinin yaranmasının, habelə prosesə təsir edə biləcək məqamlardan çəkinməyin tərəfdarıdır.

Hazırda iki ölkə arasında sülh istiqamətində mühüm addımlar atılır. 30 il ərzində olmayan və aparılmayan konstruktiv danışıqlar gedir. Bununla belə AB-nin regiona müdaxiləsi və danışıqlara zərər verəcək addımlar atması Bakını narahat edir.

Misal üçün, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca 40 nəfər mülki monitorinq ekspertindən ibarət qrupun yerləşdirilməsinə razılıq verilməsini Azərbaycan tərəfindən xahiş etmişdilər. Lakin daha sonra həmin monitorinq Azərbaycanın razılığı olmadan AB-nin Ermənistandakı Missiyasına çevrildi.

Həmin missiya bu günə qədər ancaq anti-Azərbaycan təbliğatı aparır. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.

Bütün bunlar Bakını narahat etdiyi bir zamanda aprelin 5-də Brüsseldə AB-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi sülh prosesinə zərbə vura bilər. Tərəflərin maksimum dərəcədə qarşılıqlı etimada zərər vuracaq vasitələrdən yayınması lazım olduğu halda belə addımların atılması doğru deyil. Rəsmi Bakı göz görə-görə hərbi paktın əldə edilməsi ilə barışa bilməz.

Turan RZAYEV
Politoloq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
177
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38956
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19300
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14743
Abdullahianın cəsədi tapıldı - FOTO
12592
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7842
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6864
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5729
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4852
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3462
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3370
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2397