AZ

"Qərb subyektləri Cənubi Qafqazda sabitlik arzulamır" - ŞƏRH EDİLDİ

"Stoltenberqin regiona səfərinin ardınca onun ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə 2024-cü ilin aprelində geniş tərkibdə görüşünün olacağı barədə yayılan məlumatlar, xüsusən Ermənistana təhlükəsizlik qarantiyasının verilməsi barədə müzakirələr bir daha göstərir ki, Qərb subyektləri Cənubi Qafqazda sabitlik arzulamır. Daha dəqiq desək, ABŞ və Avropa İttifaqı regionda vəziyyəti mümkün qədər gərginləşdirməkdə Cənubi Qafqazda hərbi cəhətdən mövcudluğu hədəfləyir. Bu isə heç şübhəsiz ki, Bakı və İrəvan arasında sülh perspektivlərini faktiki heçə endirir. Bir sözlə, təhlükəsizlik qarantiyası ideyası Azərbaycanla Ermənistan arasında yekun sülhün beynəlxalq hüququn prinsiplərinə yox, Qərbin arzuladığı formaya uyğunlaşdərmaq cəhdidir. Əlbəttə, bu, Azərbaycana qarşı atılan addım olmaqla milli maraqlarımıza ciddi təhdiddir. Lakin eyni zamanda uzunmüddətli perspektivdə İrəvana da heç nə vəd etmir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyəti yaxın 4 illik tarixdən nəticə çıxarmalı və başa düşməlidir ki, heç kim min kilometrlərlə kənardan gələrək Ermənistan üçün təhlükəsizlik qarantoru ola bilməz: "Cari ssenaridə Ermənistan sadəcə vasitədir və bu gedişlə İrəvan Ukraynanın taleyini yaşamağa məhkum olacaq. Aydındır ki, Qərbin məqsədi Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa cəhd edir. Əminliklə demək olar ki, Rusiya da artıq bu vəziyyəti sükutla qarşılamaq niyyətində deyil. Eyni zamanda İran da haqlı olaraq baş verənləri öz təhlükəsizliyinə ciddi təhdid hesab edir və bu isə o deməkdir ki, Qərb Ukraynadan fərqli olaraq Ermənistanda qarşısında yalnız Rusiyanı görməyəcək".

"Görünən odur ki, Qərb Cənubi Qafqazı qütblərarası toqquşma platformasına çevirmək niyyətindədir. Aydındır ki, bölgədə əməliyyat şəraitinə nəzarət edən Bakı prosesləri diqqətlə izləyir. Bizim mövqeyimiz kifayət qədər aydındır, harada yerləşməsindən asılı olmayaraq mənafelərimizi hədəfə alan təhdid beynəlxalq hüququn normaları rəhbər tutularaq məhv ediləcək. Ərazisində Rusiyanın 5 hərbi bazasının mövcudluğu şəraitində qütblərin toqquşmasından əsas zərər çəkən isə heç şübhəsiz ki Ermənistan olacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Seçilən
142
50
Mənbələr
Şərh ()
Bağla