RU

Sahib Alıyev: Qərbin qarşıdurmaya yönəlmiş addımlarının arxasında Orta Dəhlizi nəzarətdə saxlamaq cəhdi durur

Qərbin regionda qarşıdurmaya yönəlmiş addımlarının arxasında Çini Avropa ilə birləşdirən Orta Dəhlizi nəzarətdə saxlamaq cəhdi durur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib

Deputat aysberqin görünən qisminə diqqət çəkib: “Qəribədir deyilmi, Bakıda və İrəvanda iki ölkənin heç vaxt olmadığı qədər sülhə yaxınlaşdıqları bildirilərkən Vaşinqtonla Brüssel Ermənistana hərbi dəstəyi artırmaq yönündə həlledici addım atmağa hazırlaşırlar. Bu, sadəcə, aysberqin görünən tərəfidir. ABŞ-la Avropa Birliyinin Ermənistana hərbi dəstək məqsədilə aprelin 5-də Brüsseldə keçirməyi planlaşdırdıqları konfrans əslində bizim regionun dini zəmində qütbləşməsinə və parçalanmasına yönəlmiş planın tərkib hissədir ki, qərbdəkilər özləri də bunu gizlətmirlər”.

Sahib Alıyev qeyd edib ki, İkinci Qarabağ savaşı başlayandan bu yana qərbin elə bir nüfuzlu mediası yoxdur ki, orada Azərbaycan-Ermənistan qarşıdurmasından bəhs edən bütün yazı və süjetlərdə ikincinin xristian dövləti olduğu qabardılmasın: “Bununla açıq şəkildə göstərirlər ki, onlar üçün önəm kəsb edən kimin beynəlxalq normaları pozması yox, hansı dinin təmsilçisi olmasıdır. Ancaq məsələ də orasındadır ki, burada din təəssübkeşliyi sadəcə, pərdədir. Yırtıcı güclər bu pərdədən faydalanmaqla Qafqazı hamının hamıya qarşı savaşdığı bir qaynar qazana çevirmək istəyirlər. Onların əsl məqsədi Rusiyanı təkcə Ermənistandan deyil, bütövlükdə Qafqazdan vurub çıxarmaq, Qafqazın özünü isə subyektlikləri və başında duranları Ermənistanınkından çox da fərqlənməyən, bir-birinə düşmən kimi yanaşan ölkələrin, toplumların coğrafiyasına çevirməkdir. Məhz ona görə Azərbaycan dövlətinə, onun liderinə qarşı ardıcıl basqılar davam edir. Prezident İlham Əliyevin Ermənistanın torpaqlarında gözümüz olmadığını hər fürsətdə təkrarlamasına baxmayaraq bizim hansısa işğalçılıq planımız haqda yanlış rəy yaratmağa çalışırlar. Əminəm ki, Ermənistan rəhbərliyi də əslində məhz onların diqtəsi ilə Azərbaycanın guya torpaqlarını ələ keçirməyi planlaşdırdığını deyir. Halbuki ortada Ermənistanın torpaq bütünlüyünü özününkündən daha müqəddəs saydığını ən yüksək səviyyədə dilə gətirən, tez-tez “qırmızı xətt”dən dəm vuran Tehran rejimi, eyni zamanda Rusiyanın Gümrüdəki hərbi bazası var. Əgər Azərbaycan belə bir addım atarsa, qərbdəkilərdən fərqli olaraq regionda yerləşən həmən güclərin baş verənləri durub seyr etməyəcəkləri heç kimə sirr deyil. Beləliklə, bir daha vurğulayıram ki, aprelin 5-də keçirilən görüş qərbdəkilərin Gürcüstan-Ermənistan müttəfiqliyini formalaşdırmaq cəhdi kimi regionun inklüzivliyinə qarşı yönəlib, Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına maneçilik törədir, eyni zamanda daha uzun və qanlı qarşıdurmalara yol açır. Orasını da deməliyəm ki, onların bu saxta din təəssübkeşliyi Azərbaycan üçün islam adından çıxış edərək burada məzhəbçilik və radikallıq toxumu səpməyə çalışan bəzi dövlət və çevrələrinkindən heç də az təhlükəli deyil. Çünki Azərbaycan Prezidentinin də öz çıxışlarından birində vurğuladığı kimi bizim cəmiyyət qərbdəkilərin bu dini ayrı-seçkilik siyasətindən istər-istəməz təsirlənir. Bu, yetərincə dünyagörüşü, savadı olmayan kəsimin dini zəmində radikallaşmasına Şərqdəki bəlli mərkəzlərdən heç də az təsir etmir. Ona görə də biz ölkəmizdə sekulyarlığı və tolerantlığın qorunub saxlanmasına daha da diqqət yetirməliyik. Unutmamalıyıq ki, “dəmir yumruğu” möhkəm edən hakimiyyət-xalq birliyi ilə yanaşı cəmiyyətdəki tolerantlıq və sekulyarlıqdır.

Mən Qərbdəkilərin, ilk növbədə də Birləşmiş Ştatların regionda qarşıdurmanın güclənməsinə yönəlmiş bu addımlarının arxasında Çini Avropa ilə Birləşdirən Orta Dəhlizi tam öz nəzarətində saxlamaq cəhdinin durduğunu da görürəm.

Deputat hesab edir ki, belə bir vəziyyət təbii ki, Azərbaycan-Çin əlaqələrinin daha da dərinləşməsini qaçılmaz edir: “Mənə elə gəlir ki, Prezidentin köməkçisi Hikmət Haçıyevin Çinə bir növ məkik diplomatiyası təsiri bağışlayan səfəri həm də bu ehtiyacdan doğmuşdu”.

Избранный
49
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17840
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17426
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16613
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15003
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13910
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11656
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
10813
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10485
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10430
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9973
"Zaur, yenə çaşdın..." - VİDEO
8366
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7199
Minimum əmək haqqı nə qədər arta bilər?
6543
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6278
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5951
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5060
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4991
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4754
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4099