RU

Bu ailə zəlzələdən sonra 7 aydır, çadırda yaşayır - FOTOLAR

“Ötən ilin sentyabrında baş verən zəlzələ nəticəsində evimiz qəzalı vəziyyətə düşdü. Bundan sonra biz çadırla təmin olunduq. Amma bu yağışlı və soyuq günlərdə çadırda yaşamaq çox çətindir”. 

Bu şikayətlə Kürdəmir rayonunun Yeni Şıxımlı kənd sakini İsrayıl Qəribov müraciət edib.

6 nəfərdən ibarət ailəsi ilə çadıra sığındığını bildirən vətəndaşın sözlərinə görə, artıq burada qalmaq mümkünsüzdür: “Zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən çadırla təmin olunduq. Amma bütün qışı burada çox çətinliklə yaşadıq. Soyuq qış günlərini 2 azyaşlı uşaqla burada qalmaq çox əziyyətli oldu. Özüm şəkər xəstəsiyəm. Ürəyimdən də əməliyyat olunmuşam. Vəziyyətimiz çox ağırdır. Yağan yağışlar çadırın içinə dolur”.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Kürdəmir rayonunun Yeni Şıxımlı kənd sakini Qəribov İsrayıl Əlisa oğlunun 6 nəfərdən ibarət ailə üzvünün yaşadığı birmərtəbəli bina 1950-ci illərdə but daşlarından inşa edilib. Kənd ərazisində həmin ildə 7 ədəd bu tip inzibati bina kimi tikilib, hazırda isə kənd sakinləri tərəfindən yaşayış sahəsi kimi istifadə olunmaqdadır. Binaya bir neçə dəfə əməkdaşlarımız tərəfindən baxış keçirilib və bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciətlər ünvanlanıb. 2023-cü ildə Qəribov İsrayıl Əlisa oğlunun ailəsinin müvaqqəti məskunlaşması üçün FHN Aran Regional Mərkəzinə tərəfimizdən məktubla müraciət ünvanlanıb, vətəndaşın həyətyanı sahəsində müvəqqəti məskunlaşması üçün Mərkəz tərəfindən çadır quraşdırılıb.  

Kürdəmir Rayon İcra Hakimiyyətinin xərclər smetasında vətəndaşlara məxsus fərdi yaşayış evlərinin təmir, bərpa və tikintisinə vəsait nəzərdə tutulmadığından ona tərəfimizdən köməklik göstərilməsi imkan xaricindədir”.

Şikayətlə əlaqədar Rayon İcra Hakimiyyəti başçısının yanında Fövqəladə Hallar Komissiyasına da sorğu ünvanladıq. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, Komissiyanın sədri Ağali Kərimli bildirdi ki, vətəndaş bu məsələ ilə əlaqədar olaraq dəfələrlə İcra Hakimiyyətində olub: “İsrayıl Qəribova məxsus ev fiziki cəhətdən köhnəlmiş evdir. Bu evlə əlaqədar hələ 2011-2012-ci illərdə, qəzalı vəziyyətini nəzərə alaraq bərpa-gücləndirmə məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən yardım da göstərilib. Vətəndaş iddia edir ki, evi zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Ora baxış keçirilib və akt da tərtib edilib. Rayonumuzda zəlzələnin dağıntılara səbəb olacaq dərəcədə güclü olması ilə bağlı heç bir qərar qəbul olunmayıb. Hər bir vətəndaş evini sığortalamalıdır. Lakin İsrayıl Qəribov evini sığortalamayıb. Bununla yanaşı, biz vətəndaşa bütün köməkliyi göstərmişik. Yəni çadırla təmin olunub və xəstəliyi səbəbilə ona yardım göstərilib”.

Xatırladaq ki, ötən ilin sentyabrın əvvəlində Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ episentrdə 5 bala qədər hiss olunub. Həmin vaxt açıqlama verən Ağali Kərimli bildirmişdi ki, hadisə zamanı 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib.

Lamiyə Məmmədova 

Mənbə: qafqazinfo.az

Aqreqator
Избранный
47
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18195
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17552
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16778
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15278
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14263
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
13219
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12696
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11971
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10734
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10529
"Zaur, yenə çaşdın..." - VİDEO
8438
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7339
Minimum əmək haqqı nə qədər arta bilər?
6612
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6516
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6144
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5237
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5190
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4826
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4461