Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura start veriləcək. Futbolpress.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk oyunu Qəbələdə baş tutacaq. Turnir cədvəlinin autsayderi "Qəbələ" azarkeşləri önündə "Neftçi"ni qəbul edəcək. Günün digər matçında isə lider "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək. "Atlılar" bu oyunda qələbə qazansa, sona 8 tur qalmış çempionluğunu elan edəcək. Azərbaycan Premyer Liqası XXVIII tur 29 mart 16:30 Qəbələ - Neftçi Qəbələ şəhər stadionu Cavid Cəlilov 19:00 Kəpəz - Qarabağ Baş hakim: Rauf Cabarov Tofiq Bəhramov adına Respublika stadionu