AZ

“Qarabağ” “erkən çempion oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrənin növbəti oyunu keçirilib.
XXVIII turun ikinci matçında "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Julio Romao açıb. 52-ci və 56-cı dəqiqələrdə Olavio Juninyo dubl edib. Abbas Hüseynov 64-cü dəqiqədə fərqi dörd topa çatdırıb. Elvin Cəfərquliyev 69-cu dəqiqədə növbəti qola imza atıb. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb. Matçın yekun nəticəsini 90-cı dəqiqədə Latir Fal müəyyənləşdirib.
Bununla da xallarını 69-a çatdıran Ağdam təmsilçisi sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirib.
XQ

Seçilən
187
6
Mənbələr
Şərh ()
Bağla