Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub.
İlkin məlumata görə, alov yaşayış binasının dam örtüyündə qeydə alınıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az