RU

Azərbaycanın Əməkdar artisti vəfat etdi

Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə aktyorun oğlu Rəşad Əliyev bildirib.

O qeyd edib ki, əməkdar artist bu gün 78 yaşında vəfat edib. O, sabah "Qurd qapısı" qəbirstanlığında dəfn ediləcək.

Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
48
Источники
Комментарий ()
Закрывать