RU

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Xəbər verdiyimiz kimi, 1 oktyabr 2023-cü ildən etibarən kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilən evlərə qaz, su və işıq xətlərinin çəkilməsi qadağan edilib. Bu isə Bakıətrafı qəsəbələrdə ev tikmək məqsədilə satışa çıxarılan kənd təsərrüfatlı təyinatlı torpaqların kəskin ucuzlaşmasına səbəb olub. Müşahidələr onu göstərir ki, "makler" adlandırılan şəxslərin əlində olan torpaqlar kütləvi şəkildə satışa çıxarılıb. Qiymətlərdə baş verən dəyişikliyin bununla əlaqəli olduğu güman edilir. 

Milli.Az xəbər verir ki, paytaxta yaxın ərazilərdəki boş torpaqlarla bağlı müşahidə edilən dəyişikliklə əlaqədar əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Yeni Sabah"a açıqlama verib. O qeyd edib ki, tələbat azaldığı üçün qiymətlərin də aşağı düşməsi normaldır: 

"Bakı, Abşeron və paytaxta yaxın ərazilərdə yüz minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və çox sayda torpaq sahələri var. Bu ərazilərə çıxarışların verilməməsinin əsas səbəbi təyinatlarının yaşayış üçün yox, kənd təsərrüfatı, əkin, biçin təyinatlı olmasıdır. Torpaqlar yaşayış məntəqəsi təyinatlı olmadığına görə çıxarışlar verilmir. Yeni qərara əsasən 1 oktyabrdan sonra çıxarışı olmayan torpaqlarda inşa edilən tikililərə kommunal xətlərin çəkilişi qadağan olunub. Bu səbəbdən çıxarışlı torpaq sahələrinə tələbat çoxaldı və onların qiyməti artdı. Digər təyinatlı torpaqlara tələb azaldığı üçün bu ərazilər kütləvi şəkildə satışa çıxarılıb. Qiymətlərdə isə enmələr müşahidə olunur". 

Ekspert bildirib ki, gələcəkdə bu tipli torpaq sahələrinin təyinatı dəyişdirilə bilər:

"Həmin ərazilərə tələbatın azalmasına səbəb bu torpaq sahələrinin yaşayış üçün yararsız olmasıdır. Orada hansısa formada tikinti işləri aparılsa da, kommunikasiya xətlərinin çəkilməsi qadağandır. Tələbatın az olması onların kütləvi formada satışa çıxarılmasına səbəb olur. Gələcəkdə bu cür torpaqların təyinatlarında dəyişiklik ola bilər. Torpaqların təyinatlarının dəyişilməsi və yaşayış məntəqəsi çıxarışlı torpaqlara çevrilməsi mümkün olarsa, tələbatın və qiymətlərin artması da gözlənilir". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
14
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38965
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19301
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14747
Abdullahianın cəsədi tapıldı - FOTO
12641
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7842
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6864
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5729
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4852
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3462
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3370
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2397