RU

Şolts Putinlə 2022-ci ilin dekabrından danışmadığını deyib

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə 2022-ci ilin dekabrından danışmadığını deyib.

APA xəbər verir ki, bu barədə Almaniya Kansleri MAZ-a müsahibəsində bildirib.

"Son telefon danışığımız 2022-ci ilin dekabrında olub - ondan əvvəl biz bir-birimizlə daha tez-tez danışırdıq. Müharibədən bir neçə gün əvvəl bizim Moskvada şəxsən uzun söhbətimiz oldu. Koronavirusdan narahat olduğu üçün onunla oturmalı olduğum uzun masanı xatırlayırsınızmı? Biz dörd saatdan çox müzakirə aparmışdıq", Şolts 2022-ci ilin fevralında Putinlə görüşü xatırladıb.

Olaf Şolts genişmiqyaslı müharibənin başlamasından sonra Rusiya və Ukraynanın danışıqlar aparmağa çalışdığını, lakin Moskvanın bunda ciddi olmadığını deyib: "Məsələn, müharibə başlayandan dərhal sonra Rusiya və Ukrayna bir-biri ilə birbaşa danışıqlar apardılar. Danışıqlar o vaxt uğursuzluğa düçar oldu, çünki Rusiya danışıqlardan yalnız böyük bir hücum üçün bəhanə kimi istifadə etdi. Sonra Buça və İrpin qətliamları üzə çıxdı - Rusiya silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi inanılmaz insan haqqları cinayətləri. Bu, danışıqları bütün əsaslardan məhrum etdi. Bir müddət sonra taxıl müqaviləsi uğurla müzakirə olundu. Təəssüf ki, Putin müəyyən məqamda onu da ləğv etdi. Zaporojye AES-də təhlükəsizlik və ya əsirlərin mübadiləsi ilə bağlı müzakirələr də olub", Almaniya Kansleri qeyd edib.

Şolts deyib ki, hazırda Ukrayna da daxil olmaqla bir sıra ölkələr təhlükəsizlik üzrə müşavirlər səviyyəsində sülh prosesinə gətirib çıxara biləcək ssenariləri müzakirə edirlər. "Ancaq bir şeyi çox açıq deyim: sülh istənilən vaxt mümkündür. Putin sadəcə olaraq barbar kampaniyasını dayandırmalı və qoşunları geri çəkməlidir", Kansler Şolts vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
44
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22956
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14419
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13978
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11355
Helikopterin qalıqları tapılıb
8911
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7980
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6983
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4761
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4084
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3835
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3545
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2072
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1617
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1556
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355