AZ

Paşinyan Şolts ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyanla Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər Ermənistanla Azərbaycan arasında sülh prosesi barədə danışıblar.Onlar, həmçinin İrəvanın Berlin və Avropa İttifaqı ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.Baş nazir qeyd edib ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ilin 14 may və 15 iyulunda Brüsseldə, 5 oktyabr 2023-cü ildə Qranadada razılaşdırılmış prinsiplər əsasında qərarların qəbuluna başlamağa hazırdır.

Seçilən
155
44
Mənbələr
Şərh ()
Bağla