RU

“Təbrizin İran siyasətində tutduğu mərkəziyyət rolu hakimiyyət tərəfindən mümkün qədər məhdudlaşdırılıb” iranşünas mütəxəssis

Türkiyənin tanınmış iranşünas mütəxəssisi Mehmet Koç Güney Azərbaycan türklərinin İran siyasətində tutuduğu yer, rolları və nüfuzları barədə yazıb.

Türkiyədə yerləşən İran Araşdırmalar Mərkəzinin mütəxəsisi bu barədə “İran türkləri və Ankara-Tehran münasibətlərində bilməli olduğumuz məsələlər” başlığı ilə yazdığı məqaləsində şərh edib.

“İran türkləri tarix baxımından ölkədə siyasi və dini məsələlərdə öncül olublar. Lakin bu məslə artıq dəyişib. Təbrizin İran siyasətində tutduğu mərkəziyyət rolu hakimiyyət tərəfindən mümkün qədər məhdudlaşdırılıb” məqalədə deyilir.

İranşünas mütəxəssis məqaləsinin davamında İran hakimiyyətlərinin Azərbaycan türklərini bütün sahələr, xüsusilə də siyasət sahəsində geri vurma siyasələri barədə danışıb. 

“farsların gücləndirilməsi nəticəsində türklərin İrana minillik hakimliyi bitməklə onlar ölkədə türk izlərini məhv etməyə başladılar” Mehmet Koç vurğulayıb. 

Xatırladaq ki, Qacarlar sülaləsindən sonra İranda iqtidara gətirilmiş Pələvilər sülaləsi və xələfi İran İslam Respublikası Güney Azərbaycanı siyasi, iqtisadi, sosial və hərbi sahələrdə sıxışdırmaqla mümkün qədər assimilyasiya siyasətləri yürüdür. 

Bunlara misal olaraq iqtidarda və orduda azərbaycanlıların artıq yüksək vəzifələrdə təmsil olunmaması, o tay Astaranın Ərdəbil Əyalətinin inzibati bölgüsündən ayırıb Gilan Əyalətinə birləşdirilməsini və yüzlərə sair faktları vurğulamaq olar.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38679
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24263
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19261
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14880
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14544
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11629
Helikopterin qalıqları tapılıb
11171
Abdullahianın cəsədi tapıldı - FOTO
10287
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7830
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6521
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5713
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4832
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4344
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3435
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3333
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2392