RU

Makiyajın üz dərisində qalmasının hansı fəsadları var? -DERMATOVENEROLOQ AÇIQLADI

Dəriniz tez qocalmasın...

“Bəzi insanlar ucuz kosmetik vasitələrdən istifadə edirlər, bu isə çox ciddi fəsadlara yol aça bilər. Məsələn tərkibində kimyəvi maddələr olan məhsullardan istifadə zamanı həssas dərilərdə ciddi dəri xəstəlikləri, sızanaqlar, qəhvəyi ləkələr, allergiya, erkən qırışlar, kontakt dermatit və sairə xəstəliklər yaranır. Bundan başqa, kimyəvi qarışığı olan kosmetik məhsullar dərinin tez qocalmasına, zədələnməsinə səbəb olur. Bu fəsadları nəzərə alaraq ucuz deyil, tərkibi təbii olan keyfiyyətli kosmetik vasitələr almaq lazımdır.

 Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında dermatoveneroloq Təranə Əliyeva söyləyib.

Makiyaj vasitələri seçərkən...

Mütəxəssisin sözlərinə görə, makiyaj xanımlara öz təbii üz cizgilərini ön plana çıxarmaq üçün kömək edir. Kosmetika sənayesi hədsiz geniş olduğundan fərqli qiymətlərə kosmetik vasitələr tapmaq olur. Makiyaj vasitələri seçərkən dəri tipinizə uyğun olanlarını seçmək önəmli faktordur. Əgər dəriniz həssasdırsa, həssas dərilər üçün xüsusi istehsal olunmuş kosmetika seçməlisiniz. Əks halda quruluq, yanma və səpgilər kimi problemlərlə qarşılaşa bilərsiniz. Şəxsi gigiyena vasitələri satın alarkən son istifadə tarixinədə fikir vermək olduqca vacibdir.

Dəri yatmazdan əvvəl kosmetikadan təmizlənməlidir

Həmsöhbətimiz diqqətə çatdırıb ki, zaman keçdikcə dəriniz müxtəlif səbəblərdən qocalır, öz əvvəlki təravətini itirməyə başlayır. Biz mütəmadi olaraq dəriyə qulluq etməliyik. Bu məqsədə satışda müxtəlif yaşlanmaya, günəşə qarşı kremlər, nəmləndirici vasitələr var. Dəriyə baxım vasitələrinə maskalar, kremlər aiddir. Ən vacib məqamlardan biri dərini yatmazdan əvvəl kosmetikadan təmizlənməsidir. Makiyaj vasitələrinin təbii və ya kimyəvi tərkibli olmasından asılı olmayaraq mütləq üz dərisi yatmazdan öncə makiyajdan təmizlənməlidir. Makiyajın üz dərisində qalması dərinin nəfəs almasına mane olur və nəticədə dəridə qocalma başlanır.

Keyfiyyəti aşağı olan, mənşəyi bilinməyən kosmetik vasitələrin istifadə etməyin

Dermatoveneroloq qeyd edib ki, dəridə yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə ucuz, keyfiyyəti aşağı olan, mənşəyi bilinməyən, istifadə müddəti bitmiş kosmetik vasitələrin istifadə edilməməsi xanımlarımıza tövsiyə olunur. Makiyaj növünü seçərkən dərinizi çox yaxşı tanımalı və ona uyğun məhsullardan istifadə etməlisiniz.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12064
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8612
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8537
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2366
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2083
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1893
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1777
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1536
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1169
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
949
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
471
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
378
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
374
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
365