Futbol üzrə Türkiyə millisi yoldaşlıq görüşündə Avstriya yığmasına böyük hesabla məğlub olub.
Teleqraf.com xəbər verir ki, görüş 2024-cü il Avropa Çempionatına (AVRO 2024) hazırlıq mərhələsi çərçivəsində keçirilib.
Ernst-Happel stadionundakı qarşılaşmada avropalılar altı dəfə fərqlənib.
Qardaş ölkə bu qollardan yalnız birnin əvəzini çıxa bilib - 1:6.
Qeyd edək ki, Türkiyə qitə birinciliyində F qrupunda mübarizə aparacaq. Onun rəqibləri Gürcüstan , Çexiya və Portuqaliya yığmalarıdır.
Müəllif: Teleqraf.com