AZ

Türkiyə yoldaşlıq görüşündə Avstriyaya məğlub olub

Futbol üzrə Türkiyə millisi yoldaşlıq görüşündə Avstriya yığmasına böyük hesabla məğlub olub.

SİA xəbər verir ki, görüş Avropa çempionatına hazırlıq mərhələsi çərçivəsində Ernst-Happel stadionunda reallaşıb. Qarşılaşmada Avstriya yığması altı dəfə fərqlənib.

Qardaş ölkə bu qollardan yalnız birinin əvəzini çıxa bilib - 1:6.

Qeyd edək ki, Türkiyə qitə birinciliyində F qrupunda mübarizə aparacaq. Onun rəqibləri Gürcüstan, Çexiya və Portuqaliya yığmalarıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
287
6
sia.az

10Mənbələr