RU

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Həftəsonu premyer-liqada 29-cu turun ilk dörd oyunu keçirildi. London derbisində “Fulhem” “Tottenhem”i qəbul etdi.

"Football-plus.az" xəbər verir ki, ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “mahmızlar” ötən tur “Aston Villa”nı məğlub etmişdi, bu dəfə də qələbə uğrunda oynayacaqdı. Ancaq “bağbanlar” startda üstünlüyü ələ aldı. Vikarionun qapısı önündə təhlükəli vəziyyətlər bir-birini əvəz etdi. “Tottenhem” də sürətli hücumlarla cavab verməyə çalışırdı. Belə hücumların birində Sonun zərbəsi az fərqlə tirin üstündən keçdi. Fasiləyə az qalmış “Fulhem” hesabda irəli çıxdı. Robinsondan ötürmə alan Muniz topu rahatlayandan sonra 2-ci toxunuşla tora göndərdi. 2-ci hissənin əvvəlində meydan sahibləri fərqi artırdı: Kastanın cərimə meydançasına asmasından sonra Lukiç topu dizi ilə tora göndərdi. “Tottenhem”in oyununda isə heç nə alınmırdı. 62-ci dəqiqədə dubl edən Munis hesabı darmadağın həddinə çatdırdı. “Mahmızlar” sonda bir neçə təhlükəli vəziyyət yaratsa da, “Fulhem” hesabın dəyişməsinə imkan vermədi. Bu oyunla bağlı maraqlı bir statistik məqam var. “Tottenhem”in premyer-liqadakı 39 oyunluq qol seriyası qırıldı. Londonlular son 39 oyunun hər birində ən azı bir qol vurmuşdu. Bu, premyer-liqa tarixində uzunluğuna görə 2-ci seriyadı. “Arsenal” 2001-02-ci illərdə ardıcıl 55 oyunda meydanı qolsuz tərk etməyib.

“Bernli” 9-cu dəqiqədə Regiolunun qırmızı vərəqə alması üzündən azlıqda qalan “Brentford”u məğlub edə bildi. Cəmi 1 dəqiqə sonra Brun-Larsen hesabı açdı. 62-ci dəqiqədə Fofana meydan sahiblərinin üstünlüyünü möhkəmləndirdi. “Brentford” 83-cü dəqiqədə qollardan birinin əvəzini çıxa bildi. Aşkar autsayder “Bernli” 2024-cü ildə ilk qələbəsini qazandı. Vensan Kompaninin çalışdırdığı komanda sonuncu dəfə ötən il dekabrın 23-də “Fulhem”ə qalib gəlmişdi (2:0). “Brentford”un qələbəsiz oyunlar seriyası 6-ya çatdı.

Autsayderlər qrupunda qərarlaşan komandaların dueli “sülh”lə bitdi. “Nottingem Forest”lə oyunda “Luton”u məğlubiyyətdən qurtaran qolu vuran Berri İngiltərə futbolu tarixinə unikal rekordun (müvafiq statistikanın aparıldığı 2004/05 mövsümündən bəri) sahibi kimi düşdü. Buna qədər “Luton”un heyətində İngiltərə çempionatının 1-ci və 2-ci liqalarında, çempionşipdə fərqlənən təcrübəli yarımmüdafiəçi premyer-liqada da qol hesabını açdı.
“Tottenhem”dən bir gün sonra meydana çıxan “Aston Villa” “Vest Hem”i məğlub edəcəyi halda “mahmızlar”dan 5 xal uzaqlaşacaqdı. Birminemlilər üş gün əvvəl Konfrans Liqasında “Ayaks”ı darmadağın etməklə 1/4 finala adlamışdılar. “Çəkicdöyənlər” isə Avropa Liqasında “Frayburq”a eyni aqibəti yaşatmışdılar. Maraqlıdı ki, bu oyunda “Vest Hem” qələbəyə daha yaxın idi. İlk yarım saatın tamamında Antonio “Aston Villa”nı məyus etdi. Birmingemlilər sonradan meydana çıxan oyunçuların sayəsində 79-cu dəqiqədə hesabı bərabərləşdirdi – Diabinin ötürməsindən sonra Zanyolo fərqləndi. “Aston Villa” bu heç-heçə sayəsində “Tottenhem”lə xal fərqini 3-ə çatdırdı.

29-cu tur
Fulhem – Tottenhem 3:0
Muniz, 42; 62. Lukiç, 49. (24410)
Tottenhem: Vikario, Udoci, Drequşin, Romero, Porro, Bissuma (Heybyerq, 66), Sarr (Verner, 66), Conson (Rişarlison, 80), Meddison (Bentankur, 66), Kulusevski, Son Hın Min (Lo Çelso, 87).
Bernli – Brentford 2:1
Brun-Larsen, 10-p. Fofana, 62 – Ayer, 83. (20431)
Luton – Nottingem Forest 1:1
Berri, 90 – Vud, 34. (11630)
Vest Hem – Aston Villa 1:1
Antonio, 29 – Zanyolo, 79.
“Arsenal” – “Çelsi”, “Brayton” – “Mançester Siti”, “Vulverhempton” – “Bornmut”, “Kristal Pelas” – “Nyukasl”, “Mançester Yunayted” – “Şeffild Yunayted”, “Everton” – “Liverpul” oyunları ölkə kubokunun 1/4 final mərhələsinə görə təxirə salınıb.
17-ci turdan təxirə salınan oyun
Bornmut – Luton 4:3
Solanke, 50. Zabarnı, 62. Semenyo, 64; 83 – Çonq, 9. Oqbene, 31. Barkli, 45+1. (11198)
1. Arsenal 28 20 4 4 70-24 64
2. Liverpul 28 19 7 2 65-26 64
3. Mançester S. 28 19 6 3 63-28 63
4. Aston Villa 29 17 5 7 60-42 56
5. Tottenhem 28 16 5 7 59-42 53
6. Mançester Y.28 15 2 11 39-39 47
7. Vest Hem 29 12 8 9 46-50 44
8. Brayton 28 11 9 8 50-44 42
9. Vulverhempton 28 12 5 11 42-44 41
10. Nyukasl 28 12 4 12 59-48 40
11. Çelsi 27 11 6 10 47-45 39
12. Fulhem 29 11 5 13 43-44 38
13. Bornmut 28 9 8 11 41-52 35
14. Kristal Pelas 28 7 8 13 33-48 29
15. Brentford 29 7 5 17 41-54 26
16. Everton (-6) 28 8 7 13 29-39 25
17. Nottingem F. 29 6 7 16 35-51 25
18. Luton 29 5 7 17 42-60 22
19. Bernli 29 4 5 20 29-63 17
20. Şeffild Y. 28 3 5 20 24-74 14
Bombardirlər: Holann (MS) - 18, Uotkins (Aston Villa) – 16, Salah (Liverpul), Solanke (Bornmut) - 15, Bouen (Vest Hem), Son Hın Min (Tottenhem) – 14.
Növbəti turun oyunları martın 30-31-də keçiriləcək: Nyukasl – Vest Hem, Bornmut – Everton, Nottingem Forest – Kristal Pelas, Tottenhem – Luton, Çelsi – Bernli, Şeffild Yunayted – Fulhem, Aston Villa – Vulverhempton, Brentford – Mançester Yunayted, Liverpul – Brayton, Mançester Siti – Arsenal.

Избранный
271
17
football-plus.az

10Источники