RU

İsraildə ər-arvad 70 il birgə yaşayıb, eyni gündə dünyalarını dəyişib

"Əgər atam gecənin ortasında yuxudan ayılırdısa, anam bunu hiss edib və o da yuxudan ayılıb..."
 
Məşhur nağıldan hamımıza bu ifadə yaxşı məlumdur: "Onlar uzun müddət və xoşbəxt yaşayıb, eyni gündə dünyalarını dəyişib".
 
İsraildən olan Xana və Davidlə məhz belə olub, onlar 70 ildən artıq bir müddətdə birgə yaşayıb, eyni gündəcə dünyalarını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.
 
91 yaşlı Xana və 93 yaşlı David 70 ildən artıq müddətdə nikahda olub və eyni gündə bir neçə saat fərqlə dünyalarını dəyişib.
 
Hər şey "Yediot Axronot" nəşrindəki matəm elanından başlayıb. 
 
Jurnalistlər ər və arvadın nelkroloqlarındakı eyni tarixə diqqət yetirib.
 
Heç demə, bunun arxasında 70 ildən artıq, ər-arvadın son nəfəsinədək davam edən qəribə sevgi tarixçəsi gizlənib.
 
"Bizim valideynlərimiz bir-birini dəlicəsinə sevib, - bunu Xana və Davidin qızı Orna Şoval-Reqev deyib. - Onlar uzun illər qarşılıqlı anlaşma və bir-birinə hörmət hissi ilə yaşayıb.
 
Onlar həmişə bir dalğada olub. Əgər atam gecənin ortasında yuxudan ayılırdısa, anam bunu hiss edib yuxudan oyanardı".
 
Xana və David son nəfəsinədək belə olublar. "Atam öz köməkçisi içə ticarət mərkəzi boyunca gəzişib, - Orna xatırlayır. 
 
Bu zaman son illər ağır xəstə olan anam həyatdan köçüb. Atam o saat narahatlıq hiss edib, ürəyi bulanıb.
 
O, evə dönməyini istəyib. Orada ona anamın vəfat etməsi barədə məlumat verilib.
 
Atam başını tutaraq qışqırıb: "Mən ondan tez ölmək istəyirdim!" Bu məqamdan başlayaraq o, hey qışqırıb və inildəyib. 
 
Biz onu xəstəxanata apardıq. Lakin onu daha heç nə xilas edə bilməzdi.
Bir neçə saatdan sonra atam dünyasını dəyişdi. Atam ona görə vəfat etdi ki, qəlbi qırılmışdı".
 
Orna və qardaşı Dori eyni zamanda ata və anasını itirib. "Bu, çox kədərlidir, - Orna deyir.
 
Lakin mən anamın ölümünü eşidəndən sonra atamın necə dözülməz ağrı keçirdiyini görmüşəm. O, gözlərini yumanda, anladım ki, onun ruhu dinclik tapıb".
 
"Onların birlikdə dünyadan köçməsindən təskinlik tapmaq olar, - Dori əlavə edib. - Onlar həmişə deyirdi ki, eyni gündə ölmək istəyir".
Избранный
1461
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27294
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26595
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18218
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18154
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14548
Sabah 20 dərəcə isti olacaq
9835
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9097
May ayında Azərbaycana qar yağdı - VİDEO
8921
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8695
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8524
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7334
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7164
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7018
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6658
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6553
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6508
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
6266
Azərbaycan nefti ucuzlaşıb
6129
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6087