RU

"Mercedes-Benz" 8,3 milyon dollar cərimələndi

Yaponiya İstehlakçı Məsələləri Agentliyi "Mercedes-Benz Yaponiya"ya istehlakçıları çaşdırdığı üçün 1,23 milyard yen təxminən 8,3 milyon dollar ödəməyi göstəriş verib.














Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Agentlik bunun ədalətsiz bonuslara və yanlış məlumatlara qarşı ölkə qanunlarını pozmağa görə rekord cərimə olduğunu açıqlayıb. Cəzanı elan edən agentlik şirkətin Yaponiyadakı sürücüyə yardım sistemlərini yanlış təqdim etdiyini və şirkət qanuna uyğunluq üçün tədbirlər görəcəyini bildirib.






Agentliyin məlumatına görə, Alman avtomobil istehsalçısı "Mercedes-Benz"in yapon qolu kataloqlarda göstərib ki, bəzi GLA və GLB modelləri müəyyən sürücülük yardım sistemləri ilə təchiz edilib, əslində isə onlar istəyə bağlıdır.






Bunlara yol hərəkəti yenidən başlayan kimi dayandırılmış avtomobili avtomatik irəli aparan və sadəcə dönmə siqnalını işə salmaqla sürücüyə zolaqları dəyişməyə imkan verən sistem daxildir.






Agentlik şirkətə təkrarlanmaması üçün tədbirlər görməyi tapşırıb.






"Mercedes-Benz Japan" qanuna uyğunluğu təmin etmək və idarəetmə sistemini təkmilləşdirməyi öhdəsinə götürüb.

Избранный
181
50
ucnoqta.az

10Источники