AZ

“Mercedes”in elektrik avtomobillərlə bağlı yeni planı - 2030-cu ilə qədər... - FOTO

“Mercedes-Benz” investorlarla keçirdiyi son görüşdə elektrik layihələrini müzakirə edib. Şirkət 2030-cu ilə qədər tam elektrik enerjisinə keçməyəcəyini söyləyib və bu, bəzi spekulyasiyalara səbəb olub. Son iddialar şirkətin elektrik enerjisinə keçmək planlarından imtina etdiyini ortaya çıxarıb.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı yeni açıqlama verilib.

Ötən ay keçirilən iclasda “Daimler”in baş direktoru Ola Källenius “Mercedes-Benz”in elektrikləşdirmə ilə bağlı əvvəlki hədəflərini dəyişdiyini bildirmişdi. Bu kontekstdə o, 2030-cu ilə qədər tam elektrik olmağı hədəfləmədiklərini, çünki elektrikli avtomobil bazarının gözlənildiyi qədər sürətlə böyümədiyini bildirmişdi.

Bu açıqlama “Mercedes”in öz elektrik avtomobil planlarından “tərk etdiyi” təəssüratını yaratdı.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, şirkət şayiələrə cavab verib və elektrikləşdirməyə transformasiyanı davam etdirəcəklərini bildirib.

Belə ki, avtomobil istehsalçısı 2030-cu ilə qədər satışlarının yüzdə 50 faizini elektriklə işləyən avtomobillərə çatdırmağı hədəfləyir.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
avtosfer.az

10Mənbələr