RU

Qəzzada iki uşaq acından öldü

Qəzzanın şimalındakı Beyt Lahiya bölgəsində olan Kamal Advan Xəstəxanası reanimasiya şöbəsinin  uşaq həkimi Samir Lebid, AA müxbirinə verdiyi açıqlamada vəziyyətlə bağlı məlumat verib.

 

Oxu24.com  xəbər  verir   ki, Lebidin  sözlərinə  görə, Ramazan ayının ilk günündə 2 körpə qida çatışmazlığı səbəbindən xəstəxanada həyatını itirib.

 

Lebid xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, "qədərsiz qidalanma səbəbindən daha çox uşağın ölümü ilə nəticələnəcək tibbi fəlakət baş verəcək".

 

Fələstinli həkim bütün beynəlxalq qurumları və Qırmızı Xaç təşkilatını “Qəzzanın şimalındakı insanlara ərzaq və tibbi ləvazimat çatdırmaq üçün təcili tədbirlər görməyə” çağırıb.

 

Ramazan ayının ilk günündə daha 2 körpənin ölməsi ilə Qəzza zolağında aclıq və qida çatışmazlığından ölənlərin sayı 27-yə yüksəlib.

 

Miri

 

Избранный
289
43
oxu24.com

10Источники