Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
Son oyunda çempion \"Qarabağ\" meydançaya çıxıb.
Ağdam təmsilçisi qış fasiləsindən sonra uğursuz nəticələrlə yadda qalan \"Zirə\"ni qəbul edib.
3:1 hesablı qələbə qazanan \"Qarabağ\" çempionluğa bir addım da yaxınlaşıb. Qurban Qurbanovun kollektivi ən yaxın izləyicisi \"Sumqayıt\"ı 24 xal qabaqlayır.
Turun əvvəlki oyunlarında \"Sumqayıt\" \"Səbail\"i səfərdə (1:0), \"Sabah\" \"Qəbələ\"ni (2:1), \"Turan Tovuz\" \"Araz-Naxçıvan\"ı (2:0) evdə məğlub edib, \"Kəpəz\"lə \"Neftçi\" qollu bərabərə (3:3) qalıblar.
Qeyd edək ki, Premyer Liqada XXVII turun matçları 15-17 mart aralığında keçiriləcək.