RU

8 Marta görə mənzilə at gətirdi, həbs olundu - Video

Rusiyanın Kemerovo şəhərində həyat yoldaşını at belində təbrik etməyə gələn kişi həbs olunub.
 
Moderator.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə onun işlədiyi fermadan həmin atı oğurlamasıdır.
 
O, atla beşinci mərtəbədə kirayə qaldığı mənzilə gecə saat 3-də daxil olaraq həyat yoldaşı Katyanı 8 Mart münasibətilə təbrik edib və öz səhvlərinə görə üzr istəyib.
 
Sergeyin xanımı da onun bu hərəkətinə təəccüblənib.
 
Mənzilin sahibi isə narazılığını bildirib və onların tezliklə evini tərk etməsini tələb edib.
 
Hadisə vaxtı sərxoş olduğunu bildirən Sergey xırda xuliqanlıq maddəsi ilə 3 sutkalıq həbs edilib.

 

Избранный
257
50
moderator.az

10Источники