AZ

Arvad ərini timsahın ağzından xilas etdi

Cənubi Afrikada arvad əlindəki ağacla yırtıcıya hücum edərək ərinə timsahla mübarizə aparmağa kömək edib.

 

Oxu24.com xəbər  verir  ki,  bu  barədə   Daily Star yazır.

 

Hadisə baş verən zaman Entoni Juber adlı şəxs oğlu ilə balıq tuturmuş.

 

"Bu timsah yəqin ki, pusquda yatmışdı, çünki qəfildən sudan çıxdı, çənələri ilə ayağımdan tutdu və məni yıxdı", deyə Joubert bildirib.

Antoninin sözlərinə görə, o, həyəcan  səbəbindən ağrı hiss etməyib və timsahı əlləri ilə vuraraq qaçmağa çalışıb.

“Həyat yoldaşım Annaliz birdən peyda oldu, əlində nəhəng bir ağac var idi və onunla timsahın başına vurmağa başladı. Altı və ya yeddi zərbədən sonra o, üzərək uzaqlaşdı”, - Entoni bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
50
oxu24.com

10Mənbələr