Belarus Ermənistan tərəfinin KTMT-yə üzvlüklə bağlı verdiyi bəyanatlara tamamilə sakit reaksiya verir.BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o dağılmayacaq, məhv olmayacaq”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik rəsmi məlumat verilməyib.